Топ-100 Ordumuz irəlilədi, Sünik qarışdı

Ordumuz irəlilədi, Sünik qarışdı

Bu ana olan məlumata görə vəziyyət gərgin olaraq qalır...

Bu ana olan məlumata görə vəziyyət gərgin olaraq qalır...

Məlum olduğu kimi dünən saat 17:00-dan etibarən Azərbaycan SQ Qubadlı istiqamətində irəliləyərək, 13 kənddə və Qafan şəhərinin ətrafındakı ərazilərdə nəzarəti ələ keçirib.

Sünik bölgənin eks-qubernatoru Surik Xaçaturyan insanları vəhdət olmağa və ordunun geri çəkilməsinə imkan verməməyə çağırsa da, bu, mümkün olmayıb. Erməni hərbçiləri yavaş-yavaş post-patrul məntəqələrini, zastavalarını Ermənistanın içərilərinə doğru daşımağa başlayıblar.

Kafan şəhər meri Gevorq Parsyan isə əhaliyə müraciətində qeyd edib ki, Ermənistan Müdafiə naziri Vaqarşak Harutunyan ona qısa zaman ərzində Sünikin 13 kəndinin, bir neçə strateji yüksəklikliyin və Qafan şəhərinin ərtaf ərazilərinin (şəhərə 100-150 metr məsafəyə qədər-red.) Azərbaycana təhvil veriləcəyini bildirib. Onun bu açıqlaması toplumu daha da qəzəbləndirib. Küçələrə axışan əhali Sünukdə bütün dövlət orqanlarını iflic vəziyyətinə salıb. Vəziyyəti yerində öyrənmək üçün bölgəyə gəlmiş müxalif deputat Gevork Qorkisyan belə şəhərə buraxılmayıb.

Ümumiyyətlə, erməni siyasiləri də bu fikirdədirlər ki, yaranmış bu vəziyyət qısa zamanda Sünik bölgəsinin tamamilə itirməsi ilə nəticələnə bilər.

Bu ana olan məlumata görə vəziyyət gərgin olaraq qalır...

 

0/Şərhlər

Previous Post Next Post