Топ-100 Putin geri addım atdı?

Putin geri addım atdı?

Paşinyanın hakimiyyəti nə qədər legitimdir?

Paşinyanın hakimiyyəti nə qədər legitimdir?

İkinci Qarbağ müharibəsində ermənilərin biabırçı məğlubiyyəti Ermənistanı əməlli-başlı qarışdırıb. Bir tərəfdə Qərbin dəstəklədiyi Ermənistan, digər yanda isə arxasında Rusiyanın durduğu Qarabağ erməniləri arasında ölüm-dirim mübarizəsi gedir. Yerevan erməniləri Paşinyanı aşırmağa çalışan “qarabağlılara” qarşı sipər olublar. Bilgi olaraq qeyd edək ki, baş nazirə qəzəblənən Daşnaktusyun partiyasının cinah dəyişdirməsi belə Paşinyanın kreslosunun laxlamasında yetərli olmayıb. Görünür, məhz bu amil Putini geri addım atmağa vadar edib. O, KTMT-nin dünənki onlayn tədbirində Ermənistanda sabitliyin və əmin-amanlığın bərqərar olması üçün yeganə yolun Nikol Paşinyan iqtidarını dəstəkləməkdən ibarət olduğunu qeyd edib. Bununla yanaşı, Kremlin Paşinyanın yerinə gələcək namizədin Yerevan klanı arasında axtarmağa başladığı da sirr deyil.

Bakıda ekspertlər  bunu mövcud şəraitdə müxalifət  arsında məğlub Ermənistanın rəhbəri olmaq kimi məsuliyyətin altına girəcək namizədin olmaması ilə əlaqələndirirlər. Bizə görə isə günümüz həqiqətlərində bu  faktor aktuallığını itirib. Çünki Kreml hər vəchlə Paşinyanı yıxmaq istəyir. Ancaq legitimliyini qoruyan Nikola gücünün yetməməsi bu cür fikirlərin formalaşmasına rəvac verir. Bunu Putinin “Ermənistanda sabitlik və əmin-amanlığın bərqərar olması üçün Paşinyanı dəstəkləməyin zəruri olması” barədə bəyanatı ilə Ermənistan Baş nazirinin Rusiya səfərinin təxirə salınması arasındakı təzadda da görmək mümkündür. Rusiya mətbuatının yazdığına görə, axı bu görüşün təxirə düşməsinə səbəb Putinin Paşinyanla görüşmək istəməməsi olub.  Təbii ki, gündən-günə pisləşən Rusiya-Ermənistan münasibətlərini dalana soxmaq istəməyən Kreml, hələlik çarəni Paşinyanı “dəstəkləmək” barədə bəyanat verməkdə görür.

0/Şərhlər

Previous Post Next Post