Niyə sülhməramlılar onları
tərksilah etmir?
Rusiya prezidenti Vladimir
Putin yerli və beynəlxalq media üçün özünün ənənəvi illik mətbuat konfransında maraqlı
fikirlər səsləndirdi.
Putin qeyd etdi ki, Dağlıq
Qarabağ Azərbaycan ərazisidir, Qarabağın statusu dəyişməz olaraq qalmalıdır. Status
məsələsinə gələcəkdə qərar verilməlidir. Üçtərəfli razılaşmaya əsasən düşmənçiliyin
dayandırılması və tərəflərin olduqları yerdə qalması irəliyə doğru atılmış
ciddi addımdır.
Lakin görünən budur ki,
Rusiya dövlət başçısının da birmənalı qeyd etdiyi məsələlər həm Rusiya, həm Ermənistan
mediasında fərqli şəkildə şərh olunur.
Çünki rus və erməni mediası
mövcud vəziyyəti erməni silahlıları ilə Azərbaycan SQ arasındakı qarşıdurma
zonası kimi qələmə verirlər.
Əgər Azərbaycan SQ-ın
qarşısında erməni silahlıları varsa, niyə sülhməramlılar onları tərksilah etmir?
Axı, ermənilərin silahsızlaşdırılması
onların birbaşa vəzifəsidir.
Təəssüf ki, sülhməramlılar
ermənilərə ev tikməklə məşğuldur.
Putinin çıxışında diqqət çəkən
başqa bir məqam isə Rusiya sülhməramlılarının öz vəzifəsini layiqincə yerinə
yetirməsi və tərəflərin də razılığı ilə bölgəyə əlavə gücün göndərilməsi fikri idi.
Bu məntiq bizi belə bir qənaətə gətirib çıxarır ki, əslində erməni təxribatları
Kremlin əli ilə törədilib. Çox güman ki, Rusiyanın şahin qanadı bu cür təxribatlarla
Putini fakt qarşısında qoymağa və ona təzyiq göstərməyə çalışıb.Nəticədə güc
yetərsizliyini bəhanə edərək, bölgəyə əlavə qüvvənin yeridilməsinə nail olmaq
istəyirlər.
Görəcik, Bakı bu oyuna gələcək,
ya yox.
Əldə etdiyimiz başqa bir xəbərə görə isə Rusiya Ermənistan tərəfdən sərhəd bölgəsinə qoşun yeridir. Məqsəd Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərinin tam bərpasına mane olmaqdır. Bilindiyi kimi işğaldan sonra ermənilər sərhəd məntəqələrini qanunsuz şəkildə Azərbaycanın ərazisinin dərinliklərinə doğru çəkmişdilər.
P.S. Əldə etdiyimiz son bilgiyə
görə ordumuz bəhsi gedən ərazilərdə sərhədlərimizin bərpasını uğurla davam
etdirirlər.
Post a Comment