Топ-100 Qırmızı Bazarda nə baş verir?

Qırmızı Bazarda nə baş verir?

Ermənilər birgəyaşayışı istisna edir
Ermənilər birgəyaşayışı istisna edir

Ədavətin səngiməsi mümkün görünmür, niyə?

Ermənilər hələ də Azərbaycan torpaqları barədə sanki Ermənistan ərazisinin bir hissəsindən danışırcasına fikir bildirirlər.

Qırmızı Bazar ətrafında yaranmış söz-söhbətlərə də bu qəbildən baxmaq olar. Birinci Qarabağ müharibəsindən sonra bu mühüm strateji yüksəklikdə məskunlaşmış ermənilərin icma rəhbəri bildirib ki, Karmir Şukanın(ermənilər qırmızı Bazarı belə adlandırırlar-red.) düşmənə təhvil verilməsi yalan informasiyadır. Əksinə, burada tezliklə mənzil tikintisi proqramı həyata keçiriləcək və o bizim Martuni bölgəsinə bağlı qalacaq. Biz Karmir Şukanı qoruyub saxlaya bilmişik.

Burada diqqəti çəkən bir neçə məqam var.

Əvvəla, ermənilər bizdən bəhs edərkən, əvvəlkindən qat-qat daha nifrətlə danışırlar və düşmən sözü dillərindən düşmür.

İkincisi, Azərbaycan torpaqlarından elə danışırlar ki, sanki ata-baba mülkləridir. Bu zatlara çatmır ki, sənin orda varlığın 25-30 il bundan əvvəl mümkün olub.

Üçüncüsü, Rusiya tərəfinə belə asanlıqla güzəştlər etmək olmaz. Bu ermənilərin psixoloji cəhətdən reablitasiyasını sürətləndirir.

Məqalənin ruhundan anlamaq olur ki, Rusiya FTX rəhbərinin Azərbaycana səfəri, ermənilər baxımından uğurlu keçib.

0/Şərhlər

Previous Post Next Post