Bu oyunda kim uddu, kim uduzdu?
Türkiyə əsgərinin
Azərbaycana nə zaman gələcəyi barədə dedi-qoduların dolaşdığı bir vaxtda,
hadisələrin qəfil inkişafı bir sıra məsələlərə aydınlıq gətirdi. Qəti olaraq,
Türkiyə əsgərlərinin Azərbaycana gəlməyəcəyi məlum oldu. Bunu Bakı və Ankaradan
gələn xəbərlər də təsdiq edir.
Azərbaycanda, indiki mərhələdə Qarabağın dağlıq bölgəsinə Türkiyə
əsgərinin gəlməsinin gərginliyi daha da artıracağından danışılır. Hər nə qədər
rəsmi Bakı belə bir fikri səsləndirməsə də, Azərbaycanın həm iqtidaryanlı, həm
də rus dilli ekspertləri bu barədə açıq-aşkar danışmağa başlayıblar. Bunun nə
mənaya gəldiyini anlamağa çalışdığımız bir vaxtda nöqtəni Türkiyə Müdafiə
Naziri Hülusi Akar qoydu.
Dünən Hülusi Akar mətbuata açıqlamasında Türkiyə hərbçilərinin
yalnız müşahidəçi qismində çıxış edəcəyini söylədi. Yəni tərkibi paşalardan və
zabitlərdən ibarət heyət yalnız müşahidə mərkəzində fəaliyyət göstərəcək. Əvvəl
səsləndirilən “harda rus əsgəri varsa, orda Mehmetcik də olacaq” fikri arxa
plana itilib. Başqa sözlə, Türkiyə əsgəri sahədə olmayacaq.
Kulislərdə bir aldanma vaqesindən də danışılır. Amma kim aldanıb,
hələlik, bizə də məlum deyil.
Bizi düşündürən isə başqa məqamdır. Türkiyə əsgərinin olmadığı bir
yerdə Azərbaycan əhalisi Xankəndi, Xocalı və Xocavəndə necə dönəcək. Öz
həyatlarını rus əsgərlərinə etibar edəcəklərmi, görəcik...
Post a Comment