Топ-100 Rəsmi Bakı birmənalı bəyan etməlidir

Rəsmi Bakı birmənalı bəyan etməlidir

 

Bu yolla ermənilər üzərində basqı yaratmaq olar

 Bu yolla ermənilər üzərində basqı yaratmaq olar

Məlum olduğu kimi  son zamanlar “3X” bölgəsində ermənilərin üst-üstə silahlı təxribatları baş verməkdədir.Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlıları tərəfindən erməni silahlıları tərksilah ediliblər.Bir sıra mətbuat orqanlarında eləcə də ermənilərin lideri Arayik Harutunyanın söylədiklərinə görə bu ermənilərə də əsr statusu tətbiq olunacaq və yaxın üç gündə onların mübadiəsi baş verəcək.

“Edgü News” olaraq mövqeyimiz belədir ki, bu məsələ ilə əlaqədar Rəsmi Bakı bəyanat yaymalıdır.Deyilməlidir ki, əsr statusu Noyabrın 10-a dək ələ keçirilmiş erməni silahlılarına şamil ediləcək.Bundan sonra silahlı müqavimət göstərən şəxslərə isə terrorçu qismində münasibət göstəriləcək və onlar Azərbaycan qanunları ilə mühakimə olunacaqlar.Əgər ermənilər belə bir aqibəti yaşamaq istəmirlərsə, könüllü şəkildə silahlarını təhvil verib təslim olmalıdırlar.Azərbaycan aidiyyatı qurumları “3X” bölgəsi üzərində helikopterlərlə uçuş edərək, səsyüksəldicilərlə daima xəbərdarlıq etməlidirlər.Bu bir tərəfdən ermənilər üzərində psixoloji basqı yaratmış olur, digər tərəfdən isə erməni silahlılarının həqiqətən məlumatlandırılmasına xidmət etmiş olardı.


0/Şərhlər

Previous Post Next Post