Топ-100 Rusiya nə zaman Qarabağın statusunu gündəmə gətirəcək?

Rusiya nə zaman Qarabağın statusunu gündəmə gətirəcək?

Status müzakirəsi Bakını hansı addımlar atmağa sövq edə bilər?

Status müzakirəsi Bakını hansı addımlar atmağa sövq edə bilər?

Son zamanlar Putin ilə Makron arasında telefon əlaqələri xeyli intensivləşib. Kreml və Yelisey sarayları arasındakı danışıqlarda Qarabağın gələcək statusu məsələsi müzakirə olunur.

Moskva Qarabağa hər hansı statusun verilməsində maraqlıdır. Bunun üçün ABŞ və Fransanı da prosesə qoşmaq niyətindədir. Yəni yenə də ilanı Seyid Əhməd əliylə tutmaq istəyir.

Rusiya Federasiyası Şurasının Federal Məclis Sədri Valentina Motvienko Qarabağa statusun verilməsi istiqamətində Vaşinqton və Parisin də Kremlə lazımi köməklik göstərəcəyinə ümid etdiyini bəyan edib.

Haqlı olaraq sual verilə bilər, bəs, tam atəşkəs haqqında imzalanmış 10 noyabr sənədi necə olacaq? Rusiya bunu görməzdən gələ bilərmi?

Məsələ bundan ibarətdir ki, sənəddə Qarabağın statusu barədə hər hansı bir fikir yoxdur. Moskva bunu özünə uyğun şəkildə təfsir edir. Yəni statusun müzakirəsi üçün əlavə danışıqlara başlamağı tələb edir.

Dekabr ayının 25-də Xankəndi aeroportunun işə düşəcəyi və Moskva-Xankəndi birbaşa reysinin fəaliyyət göstərəcəyi barədə hələlik ki, dedi-qodu səviyyəsində fikirlər səslənməkdədir. Azərbaycanın nəzarətindən kənarda belə bir reysin varlığı olduqca arzuedilməzdir. Hazırkı vəziyyətdə Kreml qarşısında sərt mövqe nümayiş etdirilməzsə, irəlidə atılmış istənilən addımın hər hansı bir mənası olmayacaq.

0/Şərhlər

Previous Post Next Post