Топ-100 Silahlıları sülhməramlılar gətirib

Silahlıları sülhməramlılar gətirib

Ruslar bölgəni davamlı gərgin saxlamaq niyyətindədirlər…

Ruslar bölgəni davamlı gərgin saxlamaq niyyətindədirlər…

Dünən cəbhədə vəziyyət xeyli gərgin oldu. Erməni silahlıları Hadrut istiqamətində hərbçilərimizə hücum etdilər. Ölən və yaralılar var.

Bu gün Azərbaycan Müdafiə Nazirliyi bəyanat yaydı ki, hadisə təkrarlanacağı təqdirdə sərt tədbirlər görüləcək.

Ermənistan Müdafiə Nazirliyi də açıqlama verdi. Açıqlamada deyilir:

“Arsax ordusu razılaşmanın şərtlərinə tamamilə uyur. Bununla belə baş vermiş insident tərəfimizdən təhqiq olunur.”

Sual yaranır, söhbət hansı Arsax ordusundan gedir? Məgər 10 noyabr razılaşmasında hansısa Arsax ordusunun Qarabağ ərazisində hər hansı səlahiyyətlərindən bəs olunur?

Məlum olduğu kimi razılaşmada bütün erməni silahlılarının bölgəni tərk etmələrindən danışılır. Bu proses Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə paralel getməli idi.

Ermənistan Müdafiə Nazirliyinin bu şəkildə bəyanatı belə, ermənilərin və rusların 10 noyabr razılaşmasına uymadığının bariz nümunəsidir.

Digər tərəfdən son zamanlar Rusiya sülhməramlıları vasitəsi ilə Qarabağdan deyil, əksinə Qarabağa erməni silahlılarının və hərbi texnikalarının gətirilməsinin şahidi də oluruq.

Ruslar 10 noyabr razılaşmasını hələ atəşkəsin ilk günündə pozdu. Amma rəsmi Bakı görməzdən gəldi.

Məsələn, dekabrın birinci və ikinci ongünlüyündə həyata keçirilən antiterror əməliyyatı nəticəsində ələ keçirilən erməni silahlıları atəşkəsin ilk günündə sülhməramlılar tərəfindən Qarabağa gətirilmişdir. Qarabağa qədər onlar rus sülhməramlılarının geyimində olublar. Daha sonra isə emənilər öz hərbi geyimlərində meşəyə yayılıblar. Həmin silahlıların əksəriyyəti Ermənistanın Amasiya rayonundan olublar. Onlar Gümrüdəki Rusya hərbçiləri vasitəsi ilə sülhməramlılarla təmasa keçiblər. Bunu Amasiya rayonunun Meğraşat kəndindən olan bir erməni də etiraf edib. Yeri gəlmişkən, bu silahlılar azad edilərək, yenə də sülhməramlılara təhvil veriliblər.

0/Şərhlər

Previous Post Next Post