Топ-100 Şok! Şahin Əlioğluna görə atəşkəsin pozulmasının səbəbi...

Şok! Şahin Əlioğluna görə atəşkəsin pozulmasının səbəbi...

Bu dəfə Rusya-Ermənistan tandeminin məqsədi nədir?

Bu dəfə Rusya-Ermənistan tandeminin məqsədi nədir?

Məlum olduğu kimi iki gündür, Hadrut və Qubadlı istiqamətində atəşkəs pozulub, hərbi əməliyyatlar yenidən başlayıb.

Anti-terror əməliyyatı nəticəsində Hadrutda iki kənd erməni yaraqlılarından təmizlənib.

Qubadlı istiqamətində isə ermənilər Çaylaqqalaya və Amaras monastırına bayraqlarını sancıblar. Azərbaycan ordusu havadan PUA-larla hücuma başlayıb.

Atəşkəsin ilk günlərində hərbi əməliyyatların yenidən başlaya biləcəyini bildirən siyasi ekspertimiz Şahin Əlioğlundan hadisələrin səbəblərini öyrənməyə çalışdıq. O, hazırkı vəziyyətə belə münasibət bildirdi:

-Hadrut əməliyyatı barədə “Edgu News”un bir gün əvvəl yazdığı təhlil tamamilə doğrudur. Lakin bura bir neçə səbəb də əlavə etmək istərdim:

1. Rusların “sülhməramlı” statusunda öz təsir dairəsini genişlətmək istəyi;

2. Bu cür kiçik toqquşmalarla PUA-ların sirrini çözmək.

Axı, II Qarabağ müharibəsində rusların radiotədqiqat aparatları öz vəzifələrini yerinə yetirə bilmədi. Atəşkəs sənədilə əldə edilmiş razılığa əsasən Kreml bölgəyə yeni radiotədqiqat texnikası gətirib.Gizli məqsəd PUA-ların sirrini çözməkdir. Əgər Moskva bu sirri çözsə, müharibə yenidən alovlanacaq. İmzalanmış sənəddən imtinaya  isə Ermənistanda yeni hakimiyyətin qurulması ilə son qoyulacaq. Hər nə qədər Bakıda Moskva xoşniyyətli tərəf kimi təqdim olunsa da, reallıq bundan ibarətdir ki, regionun mövcud vəziyyəti Kremli rahatsız edir.

0/Şərhlər

Previous Post Next Post