Yaxın bir neçə ildə uçan taksiləri görəcəyik?
Dünən Cənubi Koreyanın paytaxtı Seulda uçan maşının
uçuş testi həyata keçirildi.İndiyədək bir neçə sınaq uçuşu gerçəkləşmişdi və bu
testlər çöl ərazilərdə təşkil olunurdu.Lakin bu səfər sınaq uçuşu Seulun mərkəzində,
Han çayının üstündə baş verdi.
Koreyalı rəsmilər eni 5 metr olan bu uçan maşınların
və ya öz adıyla desək “Ehang 216-Drone” aparatlarının taksi kimi fəaliyyət göstərməsi
üçün 30 milyon dollar həcmində pul vəsaiti ayırıb.Layihə 2025-ci ilin sonlarına
qədər tamamlanmalıdır.
Çinli “Ehang” şirkəti tərəfindən hazırlanan aparat 10 dəqiqə ərzində havada qaldı.Xatırladaq ki, dronun başqa cəlbedici bir xüsusiyyəti də var.Belə ki, uçuşu həyata keçirməzdən öncə kiçik dronlar havaya qalxaraq, təhlükəsizliyi və hava yolunun açıq olmasını yoxlayır.
Post a Comment