Топ-100 PSJ Başakşəhər oyunu təxirə salındı

PSJ Başakşəhər oyunu təxirə salındı

 

Rumuniyalı hakimdən irqçi hərəkət

Rumuniyalı hakimdən irqçi hərəkət

UEFA Çempionlar liqasının qrup oyunları bu həftə başa çatır.Türkiyəni nüfuzlu turnirdə “İstanbul Başakşəhər” klubu təmsil edir.Belə ki, Qardaş ölkə təmsilçisinin sonuncu turda rəqibi Fransanın “PSJ” klubu olub.

Oyun başlasa da ilk hissənin sonlarına doğru təxirə salınıb.Matçın dördüncü hakimi, rumuniyalı Sebastiyan Kolteskunun “Başakşəhər” klubunun futbolçusu Veboya qarşı irqçilik etməsi, qarşılaşmanın vaxtından əvvəl bitməsi ilə nəticələnib. UEFA rəsmiləri oyunun təxirə salınmaması və qaldığı yerdən davam etməsi üçün əllərindən gələni etsələr də bu mümkün olmayıb və Türkiyə təmsilçisi oynamaqdan imtina edib.

Digər yandan futbol dünyası, xüsusiylə UEFA rəsmiləri hadisəni qınayıb, irqçiliyə qarşı olduqlarını bildiriblər.

Veboya bir dəstək də “PSJ”-in ulduz futbolçusu Kliyan Mbappedən gəlib.Futbolçu “Twitter” hesabından mesaj yayımlayaraq, həmkarının yanında olduğunu bildirdi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələ ilə bağlı “twitter” hesabından irqçili pisləyən mesaj paylaşıb.O, idmanı dostluğun və qardaşlığın simvolu olduğunu qeyd edib.

Xatırladaq ki, 2012-ci ildən etibarən UEFA-nın bütün turnirlərində “NO TO RACİSM” şüarı nümayiş etdirilir.Və ya turnirlər bu şüar altında təşkil olunur.

“PSJ” “Başakşəhər” oyunu isə sabah Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam edəcək.

0/Şərhlər

Previous Post Next Post