Xeyli müddətdir, Putinin, Qarabağ Azərbaycan ərazisidir,
deyimi bir qrup insan tərəfindən toplumumuzda geniş təbliğ olunmaqdadır. Lakin
onun Sumqayıtla bağlı fikirlərinə yetərincə yer verilmədi.
Sual yaranır, Putin, hər şey Sumqayıtla başladı,
deməklə nəyi nəzərdə tuturdu və ya kimləri hədəfinə çevirmək istəyirdi? Başqa
sözlə, Rusiya Federasiyasının rəhbərini belə bir bəyanat səsləndirməyə nə vadar
etdi? Doğurdanmı, bu onun inandığı həqiqət idi, yoxsa köhnə çekist yenə də öz
ampulasında idi.
Təbii ki, Sumqayıt hadisələrinin üzvü olduğu qurum
tərəfindən törədildiyi Putinə sirr deyil. Əgər belədirsə, o zaman bu bəyanatın
arxasında bir niyyət olmalıdır. Bizə düşən, o niyyəti oxumaqdır.
Əslində Putin Ermənistanda baş verən prosesləri həm
də Azərbaycana transfer etməyə çalışır. Yəni cəmiyyəti parçalamaqla Azərbaycandakı
rusofillərin mövqeyini gücləndirməyə cəhd edir. Məhz, bunun üçün Sumqayıt hadisələrini
xüsusi qabartdı və Qərbi Azərbaycanlıları hədəf göstərdi. Sınaqdan çıxardığını
bir daha təcrübə etmək istədi. Bəs, niyə Qərbi Azərbaycanlılar? Səbəbi çox sadədir:
1. Moskvanın artıq Qərbi Azərbaycanlılar üzərindən
bu toplumu parçalamaq təcrübəsi var.
2. Putin çox yaxşı bilir ki, Azərbaycan-Türkiyə
münasibətlərinin inkişafında Qərbi Azərbaycanlılar mühüm əhəmiyyətə malikdirlər.
3. Türkiyə SQ Qarabağın “3X” bölgəsində fəaliyyət göstərməsi Moskvanı
rahatsız edir. Unutmayaq ki, Liviyada Ankara Kremli əməlli-başlı dişinə vurub və
Rusiya anlayır ki, qarçısındakı sıradan güc deyil.
4. Kremlin gələcəkdə erməniləri Bakıya qaytarmaq planı
var. Bunun üçün Qərbi Azərbaycanlıların da Ermənistana qaytarılmasını gündəmə gətirmək
lazımdır. Bunun ən asan yolu isə Sumqayıt hadisələrini polemikaya açmaqdır. Axı,
Bakı və Abşeron yarımadası Moskva üçün daima əvəzolunmaz ərazi olub və
qalmaqdadır.
Sumqayıt hadisələrinə gəlincə, onu SSRİ KQB-nin törətdiyi
heç kimə sirr deyil. Bununla belə, hazırda 5-ci kolon ağasının əmri ilə hadisələrə
fərqli don geyindirməyə çalışır.
Məsələn, CBC kanalında çıxış edən bir zat deyir ki,
Azərbaycan xalqı ermənilərə qarşı heç vaxt düşmən münasibət bəsləməyib. Əksinə,
Sumqayıt hadisələri zamanı şəxsi həyatlarını təhlükə altına ataraq, erməniləri müdafiə etməyə
çalışırdılar.
Sual yaranır, axı, Azərbaycan xalqı erməniləri kimdən
müdafiə edirdi?
İkincisi, erməniləri qoruduğuna görə Azərbaycan
xalqının həyatına kim təhlükə ola bilərdi?
Bax, xoruzun quyruğu elə burada görünməyə başlayır,
hədəf Qərbi Azərbaycanlılardır. Çünki bu ifadədə Qərbi Azərbaycanlıları Azərbaycan
xalqından ayırmaq cəhdi var. Yəni rusofillər ağa Putinin fikirlərini inkişaf
etdirərək, Azərbaycan toplumuna Qərbi Azərbaycanlıları
hədəf göstərməyə çalışırlar. Amma nafilə. Köhnə çekistin və onun Azərbaycandakı
qullarının anlamadığı bir nüans var, Azərbaycan xalqı qocalmış Rusiyadan və
onun qoca çekistindən fərqli olaraq, XXI əsrdə yaşayır. 5-ci kolon hər nə qədər
aqressivlik nümayiş etdirsə də, qışqıra-bağıra cəmiyyəti xoflandırmağa çalışsa da, Azərbaycan xalqı onların layiqli cavabını
verə biləcək qüdrətdədir...
Şahin Əlioğlu
Post a Comment