Топ-100 2320 erməni müraciət etdi

2320 erməni müraciət etdi

Razılaşmaya əsasən ruslar ermənilərə kömək edəcək

Razılaşmaya əsasən ruslar ermənilərə kömək edəcək

2320 erməni II Qarabağ müharibəsində itkin düşmüş yaxınlarının axtarışı üçün Xankəndində yaradılmış mərkəzə müraciət edib. 

“Dağlıq Qarabağda insanlar itkin düşmüş yaxınlarını axtarmağa davam edirlər. Bunun üçün Stepanakertdə (Xankəndi-red.) mərkəz qurulub. Vətəndaşlar yaxınlarının axtarışı məqsədi ilə bu mərkəzə müraciət edə bilirlər. Hazırda mərkəzə müraciət daxil olub. Müraciətlər məlumat bazalarında qeyd olunur və sonra axtarış qruplarına göndərilir. Axtarışları Qırmızı Xaçın, Ermənistan və Azərbaycan tərəflərinin yardımı ilə Rusiya sülhməramlıları həyata keçirir. Mərkəzdə daimi olaraq qaynar xətt fəaliyyət göstərir”. Rusiya Müdafiə Nazirliyinin rəsmisi belə deyib.


Bizim qeyd: Ruslar israrla “Stepanakert”, “Arsax”, “Dağlıq Qarabağ rəsmiləri və s.” kimi sözləri işlətməyə davam edirlər.


0/Şərhlər

Previous Post Next Post