Tərəflər əlaqələrin genişləndirilməsində maraqlıdırlar
Bu gün Azərbaycan
Respublikasının Müdafiə naziri Zakir Həsənov İngiltərənin Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.
İlk öncə nazir işğaldan
azad olunmuş ərazilərdə həyata keçirilən tədbirlərdən danışıb.
Daha sonra səfir Azərbaycanı
Qarabağ zəfərinə görə təbrik edib. Diplomat, ərazilərin minalardan təmizlənməsində
ölkəsinin göstərə biləcəyi yardımdan və Azərbaycan-Böyük Britaniya əlaqələrinin
inkişafı üçün əindən gələni edəcəyindən danışıb.
Tərəflər hərbi-texniki sahədə
böyük bir potensialın olduğunu, bu istiqamətdə əlaqələrin daha da inkişaf
etdirilməsinin vacibliyini vurğulayıblar.
Post a Comment