Топ-100 Azərbaycan imtina etdi

Azərbaycan imtina etdi

Rusiya "pomidor siyasəti" ilə xox gəlmək istəyir...

Rusiya "pomidor siyasəti" ilə xox gəlmək istəyir...

Rusiya mətbuatında gedən xəbərə görə Qarabağ müharibəsi başa çatandan sonra Rusiya Azərbaycana 12 ədəd qarşıdurma MiG-35 qırıcı təyarələri satmalı imiş.

Lakin bu gün Rusiyanın əksər KİV-lərində rəsmi Bakının fikir dəyişməsi ilə bağlı məlumat yayılıb.

Məlumata görə Bakı Pakistandan 21 ədəd qırıcı-bombardmançı “JF-17” təyarələri alacaq.

Xəbər Rusiya ictimaiyyətində bir mənalı qarşılanmayıb.

Bir qrup ekspert bunu Kremlin yanlış Qarabağ siyasəti ilə əlaqələndirir.

Başqa bir qrup isə Moskvanın qırıcıları müharibə zamanı Azərbaycana satmaqdan imtina etməsi səbəbilə rəsmi Bakının belə bir addım atmasını qeyd edirlər.

Lakin Pakistan qırıcılarının alınmasında Ankara-Bakı-İslamabad ittifaqının mühüm rol oynadığını da şərh edənlər də var.

Lakin Rusiyada "pomidor siyasəti" düşüncəsini daşıyan “mütəxəssislər” Bakının “JF-17” qırıcılarını aldığı təqdirdə Rusiyadan azərbaycanların deportasiya olunmasının gərəkliliyini söyləyirlər.

Bir xatırlatma: 2019-cu il fevralın 27-də Hindistan ilə Pakistan Hava Qüvvələri arasında hava döyüşü baş vermişdi. Bu qarşıdurmada Pakistanın JF-17 döyüş təyyarəsi Hindistana məxsus Rusiya MiG-21 qırıcısını çox asanlıqla vurub yerə salmışdı. Pilot isə sağ ələ keçirilmişdi.

0/Şərhlər

Previous Post Next Post