Ermənistanda
baş verən prosesin mahiyyəti nədən ibarətdir?
Bir neçə
gündür ki, Ermənistan yenidən çalxalanmağa başlayıb. Əhalinin Paşinyana qarşı
etirazlarının növbəti dalğasına start verilib. Ermənistanın sabiq rəhbərlərinin
sərt bəyanatları, işğaldan azad edilmiş ərazilərdən çıxan ermənilərin Ermənistan
hökumətindən narazılığı, sanki gözəgörünməz dirijor çubuğu ilə idarə edilməkdədir.
Məsələnin mahiyyətini anlamaq üçün ekspertimiz Şahin Əlioğlunun fikirlərini öyrəndik.
Onun sözlərinə görə bir neçə gün əvvəl Paşinyanın yenə də diplomatik üslubla uyuşmayan
bir neçə bəyanatı oldu. Hər nə qədər rəsmi Yerevan yalanlasa da, amma mətbuatda
onun bu bəyanatlarında bir tərəfdən Co Bayden üzərindən Putinin aşağılandığı, digər
yandan isə Navalnının lehinə birmənalı mövqe sərgilədiyi qeyd olunur. Ermənistan
Baş Nazirinin bu davranışı, güman ki, Putini qəzəbləndirib və onun islaholunmazlığı
qənaətini gücləndirib. Buna görə də yaxın dostu Robert Köçəryanın vasitəsi ilə bu
ölkədə hakimiyyət dəyişikliyi planına yenidən start verib. Bu mənada, Köçəryanın
siyasətə geri döndüyü açıqlamasına təsadüf kimi baxılmamalıdır.
Əslində
hazırda Ermənistan uğrunda Qərb-Rusiya qarşıdurmasının növbəti fazası yaşanır,-
Şahin Əlioğlu belə deyib.
Post a Comment