Kimin qazı
ilə siyasilər və hərbçilər daha da aqresivləşib?
Ermənistanın
baş naziri Nikol Paşinyanı postundan kənarlaşdırmaq niyyətində olan və aşkar
siyasətə qayıtdığını elan edən sabiq, ikinci prezidenti Robert Köçəryan
bildirib ki, ölkə qaralara və ağlara, varlılara və kasıblara, rusiyapərəstlərə
və Rusiyaya qarşı olanlara bölüblər. Əslində isə Türk agent şəbəkəsi üzə
çıxarılmalıdır. Ordu mütləq güclənəcək və layiqli cavab verəcək.
Ermənistan
ordusunun yaranmasının ildönümü münasibəti ilə səslənən fikirlərdə də bənzər
ritorika müşahidə edilməkdədir.
Ermənistan
Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan, erməni ordusunun
yaralarından tez sağalacağını və düşmənə gücünü göstərəcəyini bildirib.
Sabiq
prezident Serj Sarksiyan isə orduya
müraciətində onun (ordunun-red.) məğlub edilmədiyini, sadəcə, xəyanətə
uğradığını və tez bir zamanda gücünü toplayacağını, düşmənə əsl yumruğu göstərəcəyinə
inandığını söyləyib.
Bəs ermənilərin
bu qədər aqressiv bəyanatlar səsləndirməsinin arxasında hansı güc durur?
Bu sualın
cavabını da Koçəryanın açıqlamasında tapmaq mümkündür. Onun sözlərinə görə Rusiya
olmadan Ermənistanın təhlükəsizliyini təmin etmək mümkün olmazdı.
Post a Comment