Топ-100 Qısa-qısa

Qısa-qısa

“Gün”ün 1-ci məqaləsi

“Gün”ün 1-ci məqaləsi

Ruslar Xankəndi ətrafında mina axtarır.

Ermənilərin müharibə ərəfəsində bir bu qədər mina basdırması inandırıcı görünmür. Bizimkilər üçün isə bu qeyri-mümkündür. Amma ruslar axtarır və tapır. Hətta tapılan minaların sayı yüzlərlə göstərilir. Olmaya bu, dost məni alverdə görsün, ədası ilə edilir?!

 Qarabağda müharibə yenidən başlaya bilər.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Müdafiə Naziri Hülusi Akarla görüşü zamanı bu təhlükəni etiraf etdi.

Əsl həqiqət isə bundan ibarətdir ki, 3X bölgəsində, yəni Xankəndi, Xocalı və Xocavənddə ermənilərin intensiv hərbi hazırlıq işləri apardığı açıq-aşkar müşahidə edilir. Səngərlər qazılır, hərbi və diversiya təlim-məşqlər keçirlir. Prosesə Araik Harutunyan şəxsən rəhbərlik edir və kameralara poza verir. Poza verməyən, amma daha çox iş görən isə Rüstəm Muradovdur.

Rusofillər xalqı səbrə dəvət edir

Qarabağın dağlıq hissəsində Rusiya bütün şərtləri alt-üst edir. Məqsədi hərbçilərinin sayını artırmaqdır. Digər yandan Kreml gücünün yetdiyi qədər Türkiyə hərbçilərinin bölgəyə gəlişinə mane olmağa çalışır.  Azərbaycandakı rusofillər isə xalqa ninni deyir, səbrə dəvət edir. Məqsəd?

Sərt mövqe vacibdir

Rusiyanın hər istəyi qarşısında geri addım atmaq olmaz. Belə olan təqdirdə Moskva növbəti tələbini irəli sürür.

İlk güzəştimiz 10 noyabr razılaşmasında açıq yerlər buraxmağımızla başladı. Bir kərə, Türkiyənin tərəf kimi bu razılaşmada yer almaması indiki gərgin vəziyyətin formalaşmasında ciddi faktor oldu.

 Sülhməramlı missiya kimi nəzarətin Rusiyaya  təkbaşına verilməsi, olduqca səhv idi.

Razılaşmada bir mənalı olaraq, Dağlıq Qarabağa heç zaman statusun verilməyəcəyinin qeyd olunmaması da  ciddi yanlışımızdır.

Sonra davamı gəldi, Xudavəng, Araik Harutunyan, 10 noyabrdan sonra ələ keçirilən erməni silahlıların hərbi əsir kimi geri qaytarılması və s.

Böyük bir sual, axı bunları niyə edirik?!

Aynaya baxaq

Gündəmimizi Xankəndində ermənilərin ruslara necə yaltaqlıq etməsi zəbt etməkdədir.

Bəlkə dönüb bir də özümüzə baxaq, axı rusları Azərbaycan torpaqlarına ermənilər deyil, biz “dəvət” etmişik.

Nə qədər ki, özümüzə kənardan baxmaq, əsl təhlükəni öz adıyla demək istəmirik, əsəbi və bir xeyli peşman bu cür erməni yaltaqlıqlarından hələ çox danışacıq.

Bu gündə belə getdi, gələn gündə görüşmək üzrə... Sağ olun!

0/Şərhlər

Previous Post Next Post