Топ-100 Rolik Rusiya mediasında qısqanclığa səbəb olub

Rolik Rusiya mediasında qısqanclığa səbəb olub

Ermənilərin hay-küyünü niyə Rusiya geniş təbliğ edir?

Ermənilərin hay-küyünü niyə Rusiya geniş təbliğ edir?

Dünən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Müdafiə Naziri Hülusi Akarı qəbul edib.

Görüşdə İlham Əliyev qeyd edib ki, müharibə bitsə də təhlükə hələ qalmaqdadır. Azərbaycan Respublikasının prezidenti, əgər ermənilər təxribatlara bir daha əl atsa, 44 günlük müharibədən betər bir durumla üz-üzə qalacaqlarını deyib.

O, həmçinin, hər hansı təhlükə zamanı Türkiyə hərbçilərinin sülhün qarantı olacağına inandığını bildirib.

Cənab Akar, Azərbaycanın Ermənistan Silahlı Qüvvələrinin işğalçı güclər üzərində qələbəsini Qafqaz bölgəsinin gələcəyi üçün son dərəcə əhəmiyyətli bir hadisə adlandırıb.

Türkiyə Müdafiə Naziri Ağdam bölgəsindəki Monitorinq Mərkəzinin tikintisinin başa çatması ilə hərbçilərin dərhal öz vəzifəsinə başlayacağını söyləyib.

Daha sonra o, Monitorinq Mərkəzinin azərbaycanlıların hüquqlarının qorunmasında təminatçı olacağını deyib.

Buna paralel olaraq, Türkiyədə iki qardaş ölkənin hərbçilərinin birgə təliminə həsr olunmuş rolik yayımlanıb.

 Hülusi Akarın Bakıya səfəri,əlaxüsus, bəhsi gedən rolik Rusiya mediasında qısqanclıqla qarşılanıb.

Ermənistan mediası isə hay-küy qaldırıb ki, bu rolik Türkiyənin müharibədə iştirakının birbaşa sübutudur. Buna görə Türk əsgərinin bölgəyə gəlişi arzuedilməzdir.

Bizim mövqe: zənnimizcə, ermənilərin belə bir hay-küy salmasını Kreml sifariş verib. Çünki erməni mövqeyi Rusiyada geniş işıqlandırılır.

0/Şərhlər

Previous Post Next Post