Топ-100 Rus kəşfiyyatçı: Qarabağ müharibəsi hər an başlaya bilər

Rus kəşfiyyatçı: Qarabağ müharibəsi hər an başlaya bilər

2021-də 4 nöqtədə müharibə alovlana bilər...

2021-də 4 nöqtədə müharibə alovlana bilər...

Rusiyanın "НСН" televiziya kanalında çıxış edən sabiq kəşfiyyatçı istefada olan FSB polkovniki İqor Strelkov, 2021-ci ildə dörd nöqtədə real qarşıdurmanın olacağını söyləyib.

Onun fikirincə, bunlar arasında potensial qaynar nöqtə kimi Dnestryanı bölgə daha real görünür. O, Ukrayna və Rumıniya münasibətlərinin xeyli gərgin olduğunu bildirib.

İqor Strelkov təhlükəliliyinə görə müharibənin yenidən alovlanacağı başqa bir nöqtənin Qarabağ olduğunu bildirib. Belə olan təqdirdə Rusiyalı sülhməramlıları ciddi təhlükənin gözlədiyini qeyd edib.

Keçmiş kəşfiyyatçı Donbasda müharibənin alovlana biləcəyini xüsusi qeyd edib. ABŞ və Türkiyənin rəsmi Kiyevə bu istiqamətdə dəstək olduqlarını bildirib. Onun fikrincə, Ərdoğan açıq-aşkar Kiyevi müdafiə edir və həmlə üçün məqam gözləyir.


İqor Strelkov, Tacikistan əraziləri uğrunda Qırğızıstan və Özbəkistan arasında da müharibənin başlaya biləcəyini deyib.

Xatırladaq ki, bənzər fikirlərlə politoloq Dmitri Bolkunets də çıxış etmişdi. O, Rusiyanın postsovet ölkələri ilə münasibətlərini yenidən qurmasının vacibliyini, əks təqdirdə Moskvanın bütün müttəfiqlərini itirəcəyini söyləmişdi.

0/Şərhlər

Previous Post Next Post