Топ-100 Ruslar Azərbaycana satdıqları texnikanın sirlərini ermənilərə satıb?

Ruslar Azərbaycana satdıqları texnikanın sirlərini ermənilərə satıb?

İlk dəfə II Qarabağ döyüşündə baş verib...

İlk dəfə II Qarabağ döyüşündə baş verib...

Məlum olduğu kimi Azərbaycan arsenalında Rusiyaya məxsus T-90 tanklarının ixrac versiyası olan T-90C zirehli döyüş texnikası mövcuddur.

Lakin II Qarabağ döyüşündə bu tankın raket hədəfinə çevrilməsi barədə məlumatlar verilmişdi. Halbuki bu döyüş texnikasının OTSHU-1-7 tank qoruma sistemi var. Bunlar topun yan tərəflərində yerləşən "qırmızı gözlər"dir. Bu sistem tüstü fonu yaratmaqla infraqırmızı şüaları aldadır və texnikanın hədəfdən yayınmasına nail olur.

Mediada yayılan xəbərlərə görə kiçik həcmli xəsarətlər nəzərə alınmasa, 2015-ci ildən bu yana T-90C tankları ilk dəfə II Qarabağ müharibəsində hədəf olub.

Rusiyalı hərbi ekspertlər bunu Azərbaycan tankçılarının qeyri-peşəkarlığı, ya da OTSHU-1-7 sistemini aktiv hala gətirməməsi ilə izah edirlər.

Azərbaycanlı hərbçilər isə rusların bu açıqlamasının həqiqətə uyğun olmadığını söyləyirlər.

Azərbaycanda T-90C tanklarının "axilles dabanı" barədə ruslar tərəfindən ermənilərə məlumatların ötürləməsinin mümkünlüyü də ehtimal edilir. Bu nə qədər mümkündür, deyə bilmərik, ancaq fakt ortadadır, T-90C tankları ilk dəfə II Qarabağ müharibəsində hədəfə çevrilib.

0/Şərhlər

Previous Post Next Post