Топ-100 SMS sistem ləğv olundu

SMS sistem ləğv olundu

Hansı obyektlərin fəaliyyəti bərpa olunur?

Hansı obyektlərin fəaliyyəti bərpa olunur?

Azərbaycan Respublikası Nazirlər Kabineti koronovirusla əlaqədar qərar verdi. Qərarda 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sisteminin ləğv olunduğu qeyd edilir.

2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərbərxanaların, gözəllik salonlarının, muzeylərin və sərgi salonlarının fəaliyyətinə icazə verilir.

Artıq şəhərlərarası, rayonlararası hərəkət də mümkün olacaq.

2021-ci il 1 fevraldan etibarən isə ölkə ərazisində ictimai iaşə obyektlərinin, kafe, çay evlərinin və sair digər obyektlərə yerində müştərilərə xidmətə icazə verilir. Lakin bu qayda iri ticarət mərkəzlərinə şamil edilmir.

Operativ Qərargahın məlumatına görə gələn həftədən vaksinasiyaya start verilir.

0/Şərhlər

Previous Post Next Post