Müşahidə qrupunun işi nədən
ibarət olacaq?
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sərəncam imzaladı. Sərəncamda Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə, eləcə
də müasir idarəetmə standartlarını nəzərə alaraq, rəhbərliyin təkmilləşdirilməsi
üçün müşahidə şurasının yaradıldığı qeyd olunur.
Müşahidə şurasında yeddi nəfər
olacaq. Şura üzvləri prezident tərəfindən təyin və azad olunacaqlar. Şuraya Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov sədrlik edəcək.
Xatırladaq ki, SOCAR dənizdə,
quruda neft və qaz yataqlarının kəşfiyyatı, istehsalı, emalı, nəqli, daxili və
xarici bazarlarda satışı ilə məşğul olan inhisarçı qurumdur. Quruma üç neft və
qaz emalı zavodu, Bakı Dərinözülləri zavodu, elmi-tədqiqat institutu və bir
sıra digər müəssisələr daxildir.
Belə bir addımın atılmasına
bir sıra səbəb göstərilir.
Bir qrup əhalinin SOCAR-dan
narazılığını əsas gətirənlər var.
Digərləri bunu daxili qüvvələr
arasındakı çəkişmənin nəticəsi kimi göstərir. Gələcəkdə qurumun özəlləşdirilməsi
məqsədi ilə bunun edildiyini söyləyənlər
də var. Lakin iqtisadiyyat naziri
Mikayıl Cabbarov özəlləşdirmə ehtimalını yalanladı.
Post a Comment