Yolumuz rəvan olsun
Arxada qalan 2020-ci il bir sıra xoşagəlməz hadisələrlə
tarix oldu.
”Edgü News” 2020-ni Azərbaycan ili kimi dəyərləndirir.
Belə ki, 44 günlük mübarizə ilə Azərbaycan öz
gücünü dünyaya nümayiş etdirdi.Digər yandan həmrəyliyimiz sayəsində ”Qarabağ Azərbaycandır!”-deyə
bildik.
Ali Baş Komandan İlham Əliyevin öndərliyində Azərbaycan
əsgəri cəbhədə gücünü, diplomatiya masasında göstərilən təzyiqlərə isə siyasilərimiz
ləyaqətli müqavimət sərgilədi.
İkinci Qarabağ müharibəsi yalnız savaş meydanında və
diplomatiya masasında zəfərimizlə yekunlaşmadı.Bu qələbə həm də tariximizə
soyuqqanlı baxmağa imkan verdi. Yəni 30 illik müstəqillik tariximizdə, əslində,
dövlət olmağı bacardığımızı və xalq-iqtidar vəhdətinə nail olduğumuzu gördük.Axı,
son bir neçə əsr idi ki, biz bunu bacara bilmirdik.
44 günlük zəfərə Azərbaycanda hər kəs çox sevindi.“Edgü
News” olaraq biz də bu sevinci yaşadıq.Bəzilərimiz sevinc göz yaşları axıtdı, bəzilərimiz
isə iş otağının dörd divarı arasında çığlıq atmaqdan belə çəkinmədi.Ali Baş
Komandanın hər qələbə müjdəsi bizim üçün dejavu oldu.
Prezidentin siyasi iradəsi, əsgərlərimizin rəşadəti
milli tariximizdə dəmir yumruq kimi möhtəşəm və qızıl hərflərlə yazılmış yeni
bir səhifə açdı.
2020-ci ildə biz dostu və düşməni tanıdıq.Haqq
işimizdə səsimizə səs verənlər olduğu kimi ölkəmizə qara yaxanlar da oldu.Amma
bizi sevindirən bir həqiqəti heç zaman unutmadıq.Xalq olaraq, “nə yaxşı ki,
Türkiyəmiz var”-dedik.
Türkiyə Cümhuriyyəti Xarici İşlər Naziri Mövlud
Çavuşoğlunun da təbirincə desək, dünya Türkün gücünü gördü.Bununla kifayətlənmədik.Həm
də uca hədəfimizə kökləndik.86 min kv. km ərazimizi bərpa etməklə, 400 min kv.
km-lik əraziyə gedən yolda ciddi addım atmış olduq.
Bununla belə, “3X” bölgəsinin, yəni Xocalı, Xocavənd
və Xankəndinin üzərini almış boz buludlar bizi daima rahatsız etməkdədir.Çünki
hədəfimiz təkdir.400 min kv.km.Ora gedən yol isə Xankəndidən keçir.Yalnız bu
halda Azərbaycan Türkünün tarixini, mədəniyyətini, keçmişini, bu gününü və gələcəyini
özündə ehtiva etdirən digər şəhərlərimizə yol ala biləcik.Məhz o gələcəkdə Azərbaycanın
yorğun ruhu əbədi rahatlıq tapa biləcək.
Bəli, gediləcək ünvan bəllidir.Qarabağımızın döyünən
ürəyi və Xan babanın ruhunun dolaşdığı Xankəndi.
Xankəndini azad edək ki, yolumuz rəvan, hədəfimiz isə 400 min kv. km-lik bütöv Azərbaycanın əzəli paytaxtında üçrəngli bayrağımızı dalğalandırmaq olsun.Unutmayaq ki, bütöv Azərbaycan “Qızıl Alma”ya aparacaq yolun qızıl qapısıdır.
Elnur Şahin
Post a Comment