Azərbaycan ordusuna qarşı əməliyyatlara şəxsən Rüstəm Muradov rəhbərlik edir...
Özünü Dağlıq Qarabağın Təhlükəsizlik
Şurasının katibi adlandıran Vitali Balasanyanın yanvarın 5-də verdiyi bu
müsahibəsi Rusiyanın əksər KİV-lərində yayımlanıb.
Onun fikirlərini təqdim
edirik.
Vitali Balasanyan bildirib ki, Azərbaycan 10
noyabr razılaşmasını pozaraq, təmas xəttində təxribatlara yol verir.
Onun sözlərinə görə, əsas təhlükə
Ağdam, Əsgəran və Xankəndi istiqamətindədir.
10 noyabr razılaşmasından
sonra ən böyük hadisə isə dekabrın 12-də Hadrut bölgəsində baş verib və Ermənistan
ordusu mühasirəyə düşüb. Yalnız dekabrın 16-da
sülhməramlı kontingentin komandiri Rüstəm Muradovun rəhbərliyi ilə hərbçilərin
mühasirədən çıxması mümkün olub,-V.Balsanyan belə deyib.
O, həm də qeyd qeyd edib ki, hər bir insident barədə Rusiya sülhməramlılarına xəbər verilir və onlar anında Azərbaycan ordusunun təmas xəttində irəliləməsinin qarşısını alırlar.
Post a Comment