Paşinyana qarşı hərbi çevriliş cəhdi var...
Elə indicə Ermənistan Baş Qərargahından Nikol Paşinyanı
istefaya çağıran bəyanat yayıldı.
Baş Nazir Nikol Paşinyan dərhal Baş Qəraragah rəisini vəzifədən
aldı və bunu hərbi çevriliş cəhdi kimi dəyərləndirdi
və dəstəkçilərini küçələrə çıxmağa dəvət etdi.
“Edgü News” olaraq əldə etdiyimiz bilgiyə görə vəziyyət
o qədər də sadə deyil. Belə ki, ordu, polis, xalq ciddi şəkildə ikiyə
parçalanıb.
Hazırda Paşinyan tərəfdarı polis qüvvələri dövlət əhəmiyyətli
obyektlərin müdafiəsini təşkil etməyə başlayıblar.
Paşinyan əleyhdarı olan digər polis qüvvələri isə Baş
nazirin tərəfdarlarının küçəyə çıxmasının qarşısnı almağa çalışırlar.
Rusiya yaranmış vəziyyətdən rahatsızlıqlarını ifadə etdi,
tərəfləri ağlısəlim davranmağa çağırdı. Digər yanadan Kreml yaranmış vəziyyətin
Ermənistanın daxili məsələsi olduğunu bildirdi. Bununla belə, Yerevanda
Moskvanın hər an açıq şəkildə vəziyyətə müdaxilə edə biləcəyi ilə bağlı fikirlər
səslənməkdədir.
Beynəlxalq mediası yaranmış vəziyyəti Qərb ilə Rusiyanın
Ermənistan uğrunda həlledici mübarizəsi kim qiymətləndirir.
Ermənistandan əldə etdiyimiz son məlumata görə saat
15:00-da Nikol Paşinyan mitinqdə şəxsən iştirak edəcək və topluma bir sıra həqiqətləri
açıqlayacaq.
Bizim şərh: Paşinyanın
Rusiya Müdafiə Sənayesini yerdən yerə vurması Moskvanın səbr kasasını daşırıb. Bütün
riskləri gözə alaraq, Yerevanda istəyinə nail olmağa çalışacaq.
Post a Comment